"UEFA" Yamalın vurduğu qolu ən yaxşı adlandırdı
Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamalın qolu son Avropa çempionatında ən yaxşısı kimi tanınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, müvafiq reytinq Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında yerləşdirilib.
Yamalın qolu ispanların qələbəsi (2:1) ilə başa çatan fransalılarla yarımfinal matçında İspaniya yığmasına hesabı bərabərləşdirməyə imkan verib. Yamal Avropa çempionatında Fransa komandasına qarşı oyunda qol vuran ən gənc oyunçu olub və hücumçu 16 yaş 362 günlük idi.
Yusif EYVAZLI