"Qarabağ" türk klubunun qovduğu futbolçunu GERİ QAYTARDI

 12:58 18.07.2024     436

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. 

Məhəmmədəliyev 2016-24-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında adıçəkilən komandadan Türkiyə klubuna transfer edilib. Şahrudin "atlılar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Şahruddin ötən yay 900 min avroya transfer olunduğu "Adana Dəmirspor"dan qovulub.

Türkiyənin Super Liqa klubu qapıçı ilə müqaviləyə birtərəfli qaydada xitam verib.

O, ötən mövsümdə komandası ilə iştirak etdiyi 25 matçda 40 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.

Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzində