Oyunlarda iştirak etmək üçün barmağını KƏSDİRDİ
Avstraliyalı otüstü xokkeyçi Mett Douson 2024-cü il Olimpiadasında iştirak etmək üçün barmağını qurban verib.
Redaktor.az xəbər verir ki, bu barədə turnirin saytında məlumat verilib.
Olimpiadanın başlamasına az qalmış Douson sağ əlinin dördüncü barmağını sındırıb və bu, yarışmada iştirakını təhlükə altına qoyub. İdmançı ona gips taxmaqdansa, zədələnmiş falanksın amputasiyasına üstünlük verib.
“Plastik cərrahla məsləhətləşdikdən sonra şüurlu şəkildə qərar verdim. Bu qərar təkcə Olimpiadada iştirak naminə deyil, həm də gələcək həyatım üçündür”, – deyən xokkeyçi qərar vermək üçün çox az vaxtının olduğunu və vəziyyətin özü üçün problemə çevrildiyini bildirib.
Qeyd edə ki, Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan Parisdə başlayıb və avqustun 11-dək keçiriləcək.
Sevinc İBRAHİMZADƏ