"Milan" 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə BAĞLADI
İtaliyanın "Milan" klubu gənc hücumçusu Françesko Kamarda ilə müqavilə imzalayıb.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu, gənc hücumçunun ilk peşəkar müqaviləsi olub.
Qeyd edək ki, F.Kamarda "Milan"da 2023-cü ilin noyabrında 15 yaş 8 ay və 16 günlüyündə olarkən "Fiorentina"ya qarşı oyunda debüt edib. Ötən mövsüm Milan təmsilçisinin U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qola imza atıb. O, İtaliyanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində AVRO-2024-ün qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.