Türk futbolçu “Yuventus”un təklifini rədd etdi

 14:42 22.07.2024     322

Bir sıra klubların transfer etmək istədiyi “Yuventus”un futbolçusu Kənan Yıldızla bağlı diqqət çəkən iddia gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, “Yuventus” Kənan Yıldızın müqaviləsini yaxşılaşdırmaq üçün danışıqlara başlayıb.“Corriere dello Sport”da yer alan xəbərə görə, tərəflər hələlik razılıq əldə etməyib. Torino təmsilçisinin gənc futbolçuya indiki maaşında 4 dəfə çox maaş artımı təklif etdiyi və Kənan Yıldızın bu təklifi rədd etdiyi bildirilib. 2029-cu ilə qədər nəzərdə tutulan müqavilədə Kənan Yıldıza illik 1,2 milyon avro təklif edilib. Futbolçunun AVRO-2024-dən sonra daha yaxşı müqavilə istədiyi iddia edilib.

Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 32 matça çıxan futbolçu 4 qola imza atıb. Türkiyənin heyətinə AVRO-2024-də meydana çıxan Kənan Yıldız qol vura bilməyib.