“Qarabağ”ın növbəti potensial rəqibləri bəlli oldu

 15:37 22.07.2024     435

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi “Linkoln”i (Cəbəllütariq) keçərsə, “Ludoqorets” (Bolqarıstan) – “Dinamo Minsk” (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.