İngiltərə Premyer Liqasının rekordçusu 43 yaşında karyerasını bərpa etdi
İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə (653) mütləq rekordçu olan Qaret Barri 43 yaşında karyerasını bərpa edib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü ölkəsinin XI liqa klubu ilə razılığa gəlib.
O, "Herstpirpoynt" kollektivi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Q.Barri karyerası ərzində İngiltərədə "Aston Villa", "Mançester Siti", "Everton" və "Vest Bromviç" kimi klubların şərəfini qoruyub. Müdafiəçi 2020-ci ildə karyerasını başa vurduğunu açıqlamışdı.