Bugünkü matçda rəqibin əlini sıxmayacaqlar
Kiyevin “Dinamo” klubu “Partizan”a (Serbiya) qarşı keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu öncəsi rəqibə etiraz edən qərar verib.
Redaktor.az xəbər verir ki, buna “Partizan”ın iyul ayında Moskvada keçirilmiş “Qardaşlıq kuboku” adlı turnirdə iştirakı səbəb olub.
Kiyev “Dinamo”su hesab edir ki, “Partizan” həmin turnirdə iştirak etməklə Ukraynaya hörmətsizlik edib. Bu səbəbdən Kiyev klubunun futbolçuları bu gün keçiriləcək oyunda rəqib oyunçularının əlini sıxmamaq, eləcə də klubun rəmzlərinin əks olunduğu vımpelləri dəyişdirməmək qərarı verib.
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Kiyev təmsilçisi müharibə səbəbindən rəqibini neytral meydanda - Polşanın Lyublin şəhərində qəbul edəcək.