"Bavariya" klubu yoxlama matçında rəqibinə 14 qol vurdu

 23:36 24.07.2024     429

Almaniyanın "Bavariya" klubu yeni baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında keçirdiyi ilk yoxlama matçında rəqibinə 14 qol vurub.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen təmsilçisi həvəskar komanda “Rottax-Egern”lə qarşılaşıb.

Matç "Bavariya"nın 14:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu qollardan 7-ni ilk hissədə vurub.