“Bu üstünlük bizi rahatlada bilməz” - Rəşad Sadıqov
Bu gün “Zirə” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klubu ilə qarşılaşıb.
Redaktor.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib.
Sadıqov bu tip rəqiblərin çox təhlükəli olduğunu bildirib:
“İlk oyundan sonra danışmaq çox çətindir. Cavab qarşılaşmasına mütləq şəkidə ciddi hazırlaşmalıyıq. Bu tip rəqiblər çox təhlükəli olur. Mərhələni adlamaq istəyiriksə, bu gündən ikinci oyuna köklənməliyik.
Oyunun taleyi səfərdə həll olunacaq. 4:0 üstünlük bizi rahatlada bilməz. Bu hesabdan sonra rəqibin dayanacağını, oyun intizamının pozulacağını düşündüm. Amma 60-70-ci dəqiqədən sonra necə təhlükəli rəqib olduğunu gördük. Bu da bizə səfər oyununa yaxşı hazırlaşmalı olduğumuzu göstərir.”
“Dunayska Streda” – “Zirə” cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.