Paris Olimpiadası iki problemlə üzləşdi
Parisdə keçirilən Olimpiya Oyunlarının qonaqları içməli su və nəqliyyat qıtlığı ilə üzləşiblər.
Redaktor.az xəbər verir ki,İranın İRNA agentliyinin müxbiri Səid Cavad Bəşiri təşkilati problemləri çatdırıb.
Fransaya gələnlərin qarşılaşdıqları ilk problem nəqliyyatdır. Parisdə şəxsi hava limanı transferləri və metro stansiyalarında eskalatorlar yoxdur.
“Fransa indiyədək müsabiqədə iştirak etmək istəyənləri qəbul etmək üçün çoxlu pul xərcləməkdə israr edib. Amma media nümayəndələri və qonaqların hətta içməli su ilə bağlı problemləri var”, - Bəşiri bildirib.
Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Sevinc İBRAHİMZADƏ