Parisdə keçirilən oyunlar təxirə salındı

 12:16 27.07.2024     281

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.

Redaktor.az-ın məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.