Avarçəkənimiz 1/4 finala vəsiqə QAZANDI

 14:10 27.07.2024     347

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb.

Redaktor.az xəbər verir ki, idmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.

Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.