Azərbaycan millisi finala yüksəldi

 21:26 27.07.2024     461

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.

Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.