Hidayət Heydərov ipponla yarımfinala çıxdı - YENİLƏNİB

 15:46 29.07.2024     661

Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.

O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. Heydərov bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq. 

***

14:03

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 

H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb.