7 aylıq hamilə idi - Olimpiadada iştirak etdi
Misirli qılıncoynadan Nada Hafez Paris-2024 Olimpiadasında ikicanlı iştirak edib.
Redaktor.az xəbər verir ki, bu haqda idmançı rəsmi instaqram hesabında paylaşım edib.
Qadınların fərdi qılınc yarışında mübarizə aparan idmançı yarışlarda 7 aylıq hamilə ola-ola mübarizə aparıb.
“Sizə podiumda iki oyunçu kimi görünən, əslində üç idi! Bu, mən, rəqibim və hələ doğulmamış körpəm idi” , - Hafiz instaqram səhifəsində yazıb.
Qeyd edək ki, o, 1/8 finalda Cənubi Koreyalı Jeon Hayoung-a 15:7 hesabı ilə uduzaraq mübarizəni dayanırıb.