“Qarabağ” çox güclü idi - “Linkoln”un baş məşqçisi

 22:42 30.07.2024     433

“Qarabağ” çox güclü idi.

Redaktor.az-ın məlumatına görə, bunu Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavi Munoz Bakıda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçın çətin keçdiyini bildirib: “Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq”.