Cüdoçumuz uduzdu - YENİLƏNİB
Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 final oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda fransalı rəqibi Nqayap Hambu üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
***
13:48
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Redaktor.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.