Cüdoçumuz yarımfinala vəsiqə qazandı

 14:50 01.08.2024     470

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb.

Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən