Boksçumuz yarımfinala YÜKSƏLDİ

 21:05 01.08.2024     411

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançımız qazaxıstanlı Aybek Oralbayla qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Dominqes ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən