COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

 10:40 02.08.2024     441

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. 

Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən