Cüdoçumuz 1/4 finalda uduzdu, medal şansı qalır - Paris-2024
Uşanqi Kakauri 1/4 finalda Kim Minyonqa uduzub. Lakin koreyalı idmançı finala çıxa bilsə, cüdoçumuz bürünc medal üçün təsəlliverici görüşlərə qatılacaq.
***
Uşanqi Kakauri 1/4 finalda Martti Puumalainen (Finlandiya) ilə qarşılaşıb. İdmançımız bu dəfə də ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Kokauri Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) görüşəcək.
***
12:25
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Redaktor.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.