Ukraynalı forvard "Roma"da
Ukraynalı hücumçu Artyom Dovbikin yeni komandası bəlli olub.
Redaktor.az xəbər verir ki, o, "Roma" ilə müqavilə imzalayıb.
27 yaşlı futbolçu "Jirona"dan transfer olunub. Roma klubundan verilən açıqlamada Dovbikin 11 nömrəli formada çıxış edəcəyi bildirilib. Artyom "Roma"da çıxış edəcək ilk ukraynalı olacaq.
Qeyd edək ki, Ukrayna yığmasının forvardı 2023/2024 mövsümündə La Liqada 36 oyunda 24 qol vuraraq, "Jirona"nın 3-cü pilləni tutmasında böyük rol oynayıb.