"Zirə"nin oyunu yunanlara TAPŞIRILDI
"Zirə"nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Osiyek”ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Redaktor.az xəbər verir ki, avqustin 8-də Xorvatiyada baş tutacaq “Osiyek” - “Zirə” oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Aristotelis Diamantopulos yan xətt hakimləri Konstantinas Psarris və Konstantinas Triantafyolli köməklik edəcək. Dördüncü hakim isə Konstantinas Perrakis olacaq. Matçın VAR hakimi Stefanos Koymparakis, AVAR hakimi isə Spridon Zampalas olacaq.