Azərbaycan Premyer Liqası: Daha iki oyun baş tutacaq
Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq.
Redaktor.az xəbər verir ki, əvvəlcə "Sabah" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.
"Bank Respublika Arena"da baş tutacaq görüşə 17:30-da start veriləcək.
I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Səbail" səfərdə "Zirə"nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
I tur
4 avqust
17:30. "Sabah" - "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır, "Bank Respublika Arena".
20:00. "Zirə" - "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qol vurulmayıb. "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.