Bu futbolçu "Yuventus"u tərk EDƏCƏK
İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Tyaqo Motta komandadan gedəcək daha bir futbolçunun adını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, Federiko Kyezanın Turin klubunun planlarında olmadığını təsdiqləyib.
Mütəxəssis 26 yaşlı hücumçunun daha çox oyun təcrübəsi toplamalı olduğunu deyib.
Qeyd edək ki, F.Kyeza 2022-ci ildə "Fiorentina" klubundan "Yuventus"a transfer olunmuşdu.