Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

 15:03 05.08.2024     271

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə son Azərbaycan çempionu "Qarabağ" klubunun potensial rəqibləri ilə yanaşı, qarşılaşacaq digər cütlüklər də müəyyənləşib.

Çempionlar yolu

"Yanq Boys" (İsveçrə) - "Qalatasaray" (Türkiyə)

"Dinamo" (Zaqreb, Xorvatiya) \ "Qarabağ" - "Ludoqorets (Bolqarıstan) cütünün qalibi

"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi \ "Slovan" (Slovakiya) - APOEL (Kipr) cütünün qalibi

"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç) cütünün qalibi \ “Srvena Zvezda” (Serbiya)

"Malmö" - PAOK cütünün qalibi \ "Sparta" - "Styaua" cütünün qalibi

Liqa yolu

“Lill” - "Fənərbaxça" cütünün qalibi \ “Slaviya” - “Union Sent Jiloaz” cütünün qalibi
"Dinamo" K - “Reyncers” cütünün qalibi \ “Zalsburq” - “Tvente” cütünün qalibi

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.