Mahir Emreli Almaniya klubu ilə müqavilə BAĞLADI

 16:40 05.08.2024     398

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la "1+1" sözləşmə imzalayıb.

II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Vumart və Güvən reklamı Vumart Güvən