Stadnik almanla, Sənan isə erməni ilə üz-üzə - Paris-2024
Paris-2024 Yay Olimpiya Oyunlarında güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.
Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
Yunan-Roma güləşi
77 kq
Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)
50 kq
Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)
Qeyd edək ki, olimpiadada güləş yarışlarının ilk günündə yunan-Roma güləşində Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (120 kq) döşək üzərinə çıxıb. Murad ilk görüşdə uduzsa da, Sabah yarımfinala yüksəlib.