İdmançılar Parisdə onlara verilən balıqların içində qurd tapırlar - Olimpiya çempionu

 16:14 06.08.2024     348

İdmançılar Parisdə Olimpiya kəndində təklif olunan balıq yeməklərində qurd tapırlar.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu üçqat olimpiya çempionu britaniyalı üzgüçü Adam Piti bildirib.

“Qidalanma idmançılardan gözlənilən səviyyə üçün kifayət qədər yaxşı deyil. Axı biz buna hər şeyimizi verməliyik. Tokioda yeməklər Rio-de-Janeyroda olduğu kimi inanılmaz idi. Amma bu dəfə kifayət qədər proteinli qida variantları yoxdur, uzun növbələr və yemək üçün 30 dəqiqə gözləmələr. Mən ət yemək istəyirəm, üzmək üçün mənə ət lazımdır və mən evdə belə yeyirəm, bəs niyə nəyisə dəyişməliyəm? Mən də balığı sevirəm, amma insanlar onun içində qurd tapırlar. Bu yaxşı deyil. Biz dünyanın ən yaxşılarının ən yaxşısına baxırıq, amma onlara ən yaxşısını vermirik”, - "Daily Mail" Pitidən sitat gətirib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

Turan İSMAYIL