"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı

 22:53 06.08.2024     285

"Qarabağ" açıq futbol oynayırdı.

Redaktor.az xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:

"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Mübarizə hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasında cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.