Paris-2024-də daha bir qalmaqal

 22:54 06.08.2024     324

İsveçli jurnalist çinli stolüstü tennisçi Vanq Çukini itələdiyinə görə Paris Olimpiadasında işləmək üçün akkreditasiyasından məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Free Press Journal" məlumat yayıb.

Məlumata görə, başqa bir media nümayəndəsinə müsahibə verən çinli idmançını isveçli jurnalist itələyib Videodan görünür ki, isveçli Vanq Çukinə yaxınlaşan kimi qəfil istiqamətini dəyişib və sonra ona çırpılıb.

Bu, Van Çukinin iştirakı ilə Paris Olimpiadasında baş verən ikinci insidentdir. İlk təkbətək qarşılaşmadan sonra fotoqraflardan biri idmançının raketkasını sındırıb.

Turan İSMAYIL