Güləşçimiz bürünc mükafat uğrunda görüşdə UDUZDU

 22:18 07.08.2024     247

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Redaktor.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Qırğızıstandan olan Akjol Mahmudova məğlub olub.

Sülyemanov rəqibinə 5:6 hesabı ilə uduzub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. Paris-2024 avqustun 11-də başa çatacaq.