Güləşçimizin medal görüşündəki rəqibi DƏQİQLƏŞDİ
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Redaktor.az xəbər verir ki, bu, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra bəlli olub.
Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.