İngilislər Olimpiya kəndində yeməkdən imtina etdilər - Paris-2024

 17:18 08.08.2024     153

"Yeməklər çox keyfiyyətsiz idi. Onlar kifayət qədər deyildi".

Redaktor.az xəbər verir ki, “Inews” otüstü xokkeyçi Jizel Anslinin bu sözlərini sitat gətirir.

“Kabablarda xeyli bişməmiş hinduşka əti vardı. Bu, təhlükəlidir. Onların məşhur yeməkləri tükənir və idmançıların yeməyə heç nəyi olmayacaq”, - deyə Ansli bildirib.

Üzgüçü Adam Piti Parisdə 2024-cü il Olimpiya Oyunlarının çempionu Kili Hodjkinson, güllə atıcısı Skott Linkoln və Britaniya nümayəndə heyətinin digər nümayəndələri də Olimpiya kəndində qidaların keyfiyyəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Daha əvvəl üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti bəzi idmançıların balıqda qurd tapdığını bildirmişdi.