Azərbaycan medal sıralamasında 24-cü pillədədir: PARİS-2024

 09:15 09.08.2024     211

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Redaktor.az xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 3 gümüş, 4 bürünc) 15-ci, İran (2 qızıl, 2 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 35-ci, qardaş ölkə Türkiyə (2 gümüş, 3 bürünc) 60-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 62-ci sıradadır.

İlk "üçlük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

Hələlik 85 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.