"Qarabağ" rekorda imza atdı

 09:14 14.08.2024     286

"Qarabağ” Azərbaycan futbol tarixində daha bir rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının bir oyununda 7 qol vuran ilk komandamız olub.

Qurban Qurbanovun yetirmələri 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu səfərdə 7:2 hesabı ilə məğlub etdiyi cavab qarşılaşmasında buna nail olub.

Buna qədər qitənin ən nüfuzlu klub turnirinin bir oyununda azərbaycanlı azarkeşlər ən çox 5 qola seviniblər. Belə hal 3 dəfə yaşanıb ki, hər üçündə məhz “Qarabağ” rəqibini darmadağın edib. İki dəfə 5:0, bir dəfə isə 5:1 hesabı qeydə alınıb.

Bununla həm də “Qarabağ” 5 top fərqli qələbə qazanaraq, öz rekordunu təkrarlayıb. Ümumiyyətlə, Çempionlar Liqasında 3-dən böyük fərqlə qələbə qazanan yeganə komandamız “Qarabağ”dır. Çempionun aktivində 7 darmadağın var.