Fransalı futbol azarkeşləri ölkə çempionatını boykot edib

 16:25 14.08.2024     390

Fransalı futbol azarkeşləri I Liqanın yayım hüquqlarının sahiblərinə qarşı boykot elan ediblər.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkə çempionatında yeni mövsümün başlamasına iki gün qalmış oyunların yayım hüququna malik DAZN-a cəmi 300 nəfər abunə olub.

Fransa çempionatına marağın belə kəskin azalmasına səbəb abunə haqqının yüksək olmasıdır. Belə ki, futbol oyunlarının yayım üçün abunə qiyməti 480 avroya yaxındır.

Qeyd edək ki, Fransanın I Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start veriləcək.