"Qarabağ"ın yeni transferinə REAKSİYA: "Şahruddinin buraxdığı səhvləri təkrarlayacağına inanmıram"

 17:16 15.08.2024     332

Xəbər verdiyimiz kimi, Azərbaycanın “Qarabağ” futbol klubu polşalı qapıçı Mateuş Koxalskini transfer edib.

Bəs bu transfer "Qarabağ"ın növbəti oyunlarına necə təsir edəcək?

Bu barədə idman eksperti Aslan Kərimov Redaktor.az-a açıqlamasında danışdı.

O bildirdi ki, əslində, "Qarabağ"ı buna vadar edən bəzi səbəblər var:

"Ona görə yox ki, "Qarabağ"ın qapısı çox zəif idi və onu əvəzləmək lazım idi. Məsələ burasındadır ki, klubun iki qapıçısı birdən zədələndi. Şahruddini gətirmişdilər, əgər o zədələnməsəydi, məncə, yeni transfer edəsi deyildilər. Yəni bir neçə qapıçsı eyni ərəfədə zədəli olduğuna görə artıq məcbur "Ludoqorets"ə 19 yaşlı qapıçını götürmüşdülər. Əgər qarşılarına məqsəd qoyublarsa, mütləqdir ki, iki normal qapıçı olmalıdır. Yəni təcrübəli qapıçıya ehtiyac duyulur. Amma bu qapıçılardan hansı birinin duracağını deyə bilmərəm. Çünki xorvatiyalı qapıçı son oyunda o qədər də inamlı görünmürdü, bu biri qapıçını isə hələ görməmişik. Hər halda Çempionlar Liqasının qrupuna düşməkdən ötrü, məncə, bu qapıçılar böyük bir maneə olası deyillər. Yəni o vaxt Şahruddinin buraxdığı səhvləri təkrarlayacaqlarına inanmıram". 

Deputat Aqil Abbas isə qeyd etdi ki, "Qarabağ"ın heyəti kifayət qədər güclüdür:

"İndiki heyət Avropadakı ən güclü heyətlərdən biridir. Gələcəkdə kimsə gedər, yerinə başqa futbolçu gələr, bu başqa məsələ, bunu məşqçi bilər. Mən həmişə "Qarabağ"a inanmışam və indi də inanıram ki, növbəti oyunlarda da qalib gələcəklər".

Sevinc İBRAHİMZADƏ