Trans olduğu iddia edilən boksçu imicini dəyişdi
Paris Olimpiadasında mübarizə aparan mübahisəli qadın boksçu İman Xəlif yeni imici və qızıl medalı ilə kamera qarşısına keçib.
Redaktor.az xəbər verir ki, o, uzun saçları və makiyajı ilə diqqət çəkib.
Xəlif Olimpiya Oyunları zamanı sosial mediada trend mövzusuna çevrilib. Belə ki, onun trans boksçu olduğu iddia edilib. Boksçu hətta Donald Tramp və Elon Mask kimi adların hədəfinə çevrilib.
25 yaşlı Xəlif də məruz qaldığı kiber zorakılığa qarşı tədbir görüb.
O, sosial şəbəkədə onu hədəf alan ABŞ-ın keçmiş prezidenti Donald Tramp və X-in sahibi İlon Mask da daxil olmaqla bir çox insanı şikayət edəcəyini bildirib.
Türkan İSGƏNDƏRLİ