Bu ölkə Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Polşa 2040 və ya 2044-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə təqdim etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.
"Beynəlxalq Olimpiya Komitəsinin ilkin qərarlarını və bəyanatlarını nəzərə alsaq, 2040 və ya 2044-cü ildən danışmaq olar", - deyə Tusk qeyd edib.
Hökumət başçısı buna nail olmaq üçün əlindən gələni edəcəyini bildirib.
Sevinc İBRAHİMZADƏ