“Qarabağa”a görə onu oyuna buraxmadıq” – “Dinamo”nun baş məşqçisi

 15:58 17.08.2024     349

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur matçını buraxmasının səbəbi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.

Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la qarşılaşmaya hazır olması üçün risk etmədik”.

Qeyd edək ki, görüş “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.