"Neftçi" "Sabah"la qarşılaşacaq
Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Redaktor.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.
“Neftçi” “Sabah”la üz-üzə gələcək. Amma “ağ-qaralar” məlum səbəblərdən bu rəqibini Zirədə qəbul edəcək.
3-cü turun iki oyunu (“Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan”) təxirə salınıb.
Azərbaycan Premyer Liqası
3-cü tur
18 avqust
20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu.