Gündoğan karyerasını başa vurdu
"Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurub.
Redaktor.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi ilk dəfə 2011-ci ildə Bundestimin heyətində debüt edib. 13 il ərzində 82 oyuna çıxan İ.Gündoğan bu matçlarda 19 dəfə rəqib qapılarına yol tapıb.