"Qarabağ" avrokuboklarda rekordu TƏKRARLADI
"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.
"Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.
Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın "Lans" (1977/1978), Kiprin "Omoniya" (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər.