"Beşiktaş" uruqvaylı futbolçunu transfer etmək istəyir

 11:44 20.08.2024     218

Transfer məsələlərini davam etdirən "Beşiktaş" "Latsio" klubunda çıxış edən uruqvaylı futbolçu Matias Vecino ilə maraqlanıb.

Redaktor.az xəbər verir ki, yay transfer dövründə heyətinə Emirhan Topçu, Can Kelaş, Rafa Silva, Qabriel Paulista, Ciro İmmobile və Çer Ndouru qatan "qara-ağlar" üçün daha bir transfer iddiası İtaliyadan gəlib.

Bildirilib ki, Vecino İtaliya komandası ilə müqaviləsinin son ilinə qədəm qoyur və “Latsio” futbolçunun müqaviləsi bitməmiş yollarını ayırmaq istəyir.

"Latsio"nun Toma Basiç və Jan-Daniel Akpa Akpronu heyətdə hesab etmədiyi bildirilib.

32 yaşlı təcrübəli futbolçu ötən mövsüm "Latsio"nun heyətində bütün turnirlərdə 41 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sevinc İBRAHİMZADƏ