"Arsenal" baş məşqçisi ilə müqavilə müddətini ARTIRACAQ
İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Arteta ilə müqavilə müddətini artıracaq.
Redaktor.az xəbər verir ki, hazırda 2025-ci ilə qədər sözləşməsi olan 42 yaşlı mütəxəssislə yaxın günlərdə uzunmüddətli müqavilə bağlanacaq.
Qeyd edək ki, Arteta 2019-cu ildən "topçular"ı çalışdırır. O, bu müddət ərzində iki dəfə İngiltərə kubokunu və bir dəfə İngiltərə Superkubokunu qazanıb.