Gündoğan yenidən "Mançester Siti"də

 14:33 23.08.2024     296

Yarımmüdafiəçi İlkay Gündoğan İngiltərənin "Mançester Siti" klubuna keçib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə bir il müddətinə qüvvədədir. Gündoğan daha öncə İspaniyanın "Barselona"sında çıxış edib.

Gündoğanın 33 yaşı var və 2016-2023-cü illərdə "Mançester Siti"də çıxış edib. Futbolçunun beş İngiltərə Çempionatı, dörd İngiltərə Kuboku, iki İngiltərə Liqa Kuboku və İngiltərə Super Kuboku var və o, hər birində bir dəfə Çempionlar Liqası, UEFA Super kubokunu,və Almaniya Superkubokunu qazanıb. Bundan əvvəl almaniyalı Dortmund “Borussiya”sını təmsil edib, onunla bir dəfə Almaniya çempionluğunu və Almaniya kubokunu, iki dəfə isə ölkə Superkubokunu qazanıb. O, həmçinin “Nürnberq” və “Bohum 2” klublarında da oynayıb.

Gündoğan Almaniya millisinin heyətində 82 matçda meydana çıxıb, 19 qol vurub, 9 məhsuldar ötürmə verib. 2012-ci ildə Avropa çempionatının bürünc mükafatçısı oldu. Avqustda yarımmüdafiəçi millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Turan İSMAYIL