"Qarabağ" yeni transferini açıqladı

Son Azərbaycan çempionu “Qarabağ” növbəti transferini rəsmiləşdirib.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Alkorkon” klubundan hücumameylli yarımmüdafiəçi Emmanuel Addaini heyətinə cəlb edib.
Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.
Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.