16 yaşlı atlet qaçışı ilə dünya GÜNDƏMİNDƏ

 19:39 24.08.2024     242

Avstraliyadan olan 16 yaşlı atlet Qout Qout 100 metr məsafəni 10,2 saniyəyə qaçıb.

Redaktor.az xəbər verir ki, Qoutun 200 m məsafəyə şəxsi göstəricisi 20,68 saniyəyə bərabərdir.

Xatırladaq ki, 100 metr məsafəyə qaçışda dünya rekordu yamaykalı Useyn Bolta məxsusdur (9,58).

Qeyd edək ki, karyerası ərzində Bolt səkkiz dünya rekordunun müəllifi olub. O, ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 m və 200 m sprint məsafələrində qalib gəlməyi bacaran yeganə idmançıdır. Bolt hazırda 100 m (9,58) və 200 m (19,19), həmçinin Yamayka komandasının tərkibində 4×100 m estafetdə dünya rekordlarına malikdir – 36,84.